Almaniya bundesliqasının 23-cü turunun “Bavariya” – “Paderborn” (3:2) oyununda faciə baş verib.

Open.az xəbər verir ki, qonaq komandanın hücumçusu Ştreli Mambanın matçı tribunadan izləyən 14 yaşlı qardaşı qızı qəflətən hüşunu itirib.

Onu dərhal xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

“Bavariya” klubu baş verən hadisəyə görə başsağlığı verib.