Almaniya Bundesliqasında çıxış edən klubların 2018-2019-cu illər mövsümündə əldə etdikləri gəlirlər məlum olub.

Open.az xəbər verir ki, bu barədə Almaniya Futbol Klubları Birliyinin mətbuat xidməti məlumat yayıb. Çempionatda yer alan 18 klubun 2018-2019-cu illər mövsümündəki gəlirlərində 2017-2018-ci illər mövsümünə nisbətən 5,4 faiz artımın olduğu vurğulanıb.

Qeyd edək ki, Bundesliqa klubları ötən mövsüm 4,2 milyard avro gəlir qazanıb. Bu isə çempionat tarixinin rekord göstəricisidir.