Türkiyə Super Liqasında çıxış edən "Antalyaspor" komandasının baş məşqçisi Bülent Korkmaz istefa verib.

Open.az xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssis rəsmi "Instagram" hesabında paylaşım edib. O, klub rəhbərliyinə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, Bülent Korkmaz 2018-ci ilin iyun ayından "Antalyaspor"a rəhbərlik edib. O, 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" klubunun baş məşqçisi olub.

"Antalyaspor" 11 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.