Avstriyada da milli çempionat bərpa olunur.

Open.az xəbər verir ki, bu haqda Avstriya Futbol İttifaqı məlumat yayıb. Federal hökumətin bununla bağlı razılıq verdiyi bildirilib.

Bundesliqanın iyunun 2-də bərpa edilməsi, kubokun final matçının isə mayın 30-da keçirilməsi nəzərdə tutulub. Oyunlara azarkeş buraxılmayacaq.

Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.