Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcək.

Open.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. "Sabah" doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Digər görüşdə "Qəbələ" "Keşlə"nin qonağı olacaq.

Qeyd edək ki, turun digər matçları 27-28 oktyabr tarixlərində oynanılacaq.

26 oktyabr

18:00. “Sabah” – “Zirə”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov
“Bank Respublika Arena”

16:00. “Keşlə” – “Qəbələ”
Hakimlər:
Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
“ASCO Arena”

27 oktyabr (bazar)

17:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
“Kapital Bank Arena”

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu