Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Open.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

"Neftçi" öz meydanında "Zirə"ni qəbul edəcək. Komandalar arasında birinci dövrədəki görüşdə zirəlilər 1:0 hesablı qələbə qazanıb.

Günün digər matçında isə "Sumqayıt" "Səbail"in qonağı olacaq. Bu komandaların ilk dövrədəki oyununda isə paytaxt təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

20 oktyabr (bazar)

Azərbaycan Premyer Liqası, 8-ci tur

17:00. “Neftçi” – “Zirə”
Hakimlər:
Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
“Bakcell Arena”

19:30. “Səbail” – “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.
“ASCO Arena”

19 oktyabr

“Keşlə” – “Sabah” - 1:1
Qollar:
Vüsal İsgəndərli, 16 (1:0), Hendrik Ekşteyn, 90+2 (1:1)

“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar:
Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)