Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

Open.az xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək ÇL-in püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da, Avropa Liqasının püşkatma mərasimi isə 16:00-da başlayacaq.

Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər.

1/4 final mərhələsinin iştirakçıları

“Ayaks” (Hollandiya), “Barselona” (İspaniya), “Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Mançester Yunayted” (İngiltərə), “Portu” (Portuqaliya), “Tottenhem” (İngiltərə).

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq.

Avropa Liqasında Püşkatmaya qatılacaq komandalar:

“Ayntraxt” (Almaniya), “Arsenal” (İngiltərə), “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Napoli” (İtaliya), “Slaviya” (Çexiya)

Qeyd edək ki, aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.