Futbol üzrə Azərbaycan milli komandası bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Open.azxəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv səfərdə Uels yığması ilə qarşılaşacaq.

Oyun Kardiff şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.