Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığması ilə qarşı-qarşıya gələcək.

Open.az xəbər verir ki, qarşılaşma saat 20:00-da "Bakcell Arena"da başlanacaq.

Qeyd edək ki, E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.