Portuqaliyanın "Alverka" komandasının futbolçusu Aleks Apolinario dünyasını dəyişib.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu gün xəstəxanada keçinib.

Onun ölümünə ürəktutması səbəb olub.

Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də III liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.