Braziliyada gənclər arasında keçirilən futbol matçında maraqlı hadisə baş verib.

Open.az "Çempionat" nəşrinə istinadən xəbər verir ki, “Flamenqo” ilə matçda “Trinidad” komandasının futbolçularından biri zədələnib. Amma baş hakimin işarəsindən sonra zərərçəkmişə kömək etmək üçün tibbi personalı meydançaya gətirən elektromobil oyunçunun ayağının üstündən keçib.

Sürücünün məsafəni düzgün hesablamaması üzündən baş verən olaya rəğmən, futbolçunu meydançadan çıxarmaq mümkün olub və görüş “Trinidad”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.