"Borussiya" futbolçusu Rafael Qerreyro ilə yeni müqavilə imzalayıb.

Open.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Qerreyro 2016-cı ildən Dortmund təmsilçisində oynayır. O, bu mövsüm Bundesliqada 5 matçda 1 qol vurub.