İtaliya A Seriyasının XXXVI turunda "Parma"nı 4:1 hesabı ilə məğlub edən "Bolonya" kollektivi evdə keçirdiyi ardıcıl 6-cı matçdan da qalib ayrılıb.

Open.az xəbər verir ki, Sinişi Mixayloviçin rəhbərlik etdiyi komanda bu mənada Top-5 liqalarda İspaniya "Barselona"sının göstəricisinə şərikdir.

"Bolonya" komandası XXXVI turdan sonra 13-cü pillədə yer alır.

Manaf Qasımbəyli