“Qarabağ”ın UEFA Çempionlar Liqasında Albaniya “Partizani”si ilə Bakıda keçiriləcəyi oyun zamanı azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.

Open.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolsevərlərin matçın baş tutacağı Mərdəkandakı “Dalğa Arena”ya rahat gedib-gəlişlərini təmin etmək üçün Ağdam təmsilçisinin Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb.

Beləliklə, iyulun 17-də saat 18:30-dan 19:45-dək “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.

“Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.