Türkiyə "Beşiktaş"ı növbəti transferini gerçəkləşdirib.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusu Gökhan Töreni heyətinə qatıb.

"Yeni Malatyaspor"dan ayrılan 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə millisinin keçmiş üzvü 2013-2019-cu illərdə də "Beşiktaş"ın formasını geyinib.