Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Adriano Korreya 14 aylıq həbs cəzası verilib.

Open.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın sabiq futbolçusu İspaniyada 14 ay 650 min avro miqdarında vergidən yayındığı üçün azadlıqdan məhrum edilib.

Amma İspaniya qanunlarına əsasən 34 yaşlı futbolçunun cəzası 24 aydan az olduğu üçün şərti xarakter daşıyacaq və brazilyalı həbsxanaya girməyəcək. Bunun əvəzinə Adriano 1 milyon avro təzminat ödəyəcək.

Brazilyalı müdafiəçi 12 il İspaniyada yaşayıb, bu müddətdə "Sevilya" və "Barselona" komandalarında çıxış edib. O, 5 dəfə İspaniya çempionatının, 2 dəfə Çempionlar Liqasının və 2 dəfə Avropa Lİqasının qalibi olub.

Adriano 2016-cı ilin yayında "Barselona"dan "Beşiktaş"a transfer olub.

Manaf Qasımbəyli