Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Braqa” ilə qarşılaşacaq "Beşiktaş" Portuqaliyaya gedib.

Open.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi səfərə baş məşqçi Abdullah Avcısız yollanıb. Türk mütəxəssis səhhətində problem yarandığı üçün İstanbulda qalıb. Onun səhhətində irəliləyiş olacağı təqdirdə, sabah Portuqaliyaya gedəcəyi bildirilib.

Qeyd edək ki, “Braqa” - “Beşiktaş” görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.