Türkiyənin "Beşiktaş" klubunun 8 üzvü koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Mayın 13-də klubun bazasında bütün futbolçular, texniki heyət və bazada çalışanlardan nümunə götürülüb. Onlardan 8-nin nəticəsi pozitiv çıxıb.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb və hər birinin müalicəsinə başlanılıb.

Qeyd edək ki, Türkiyə Super Liqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.