"Beşiktaş"ın baş məşqçisi Abdullah Avcı Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Braqa" ilə bugünkü cavab oyununu buraxaq.

Open.az xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. Bildirilib ki, türk mütəxəssis səhhətindəki problemlər səbəbindən Portuqaliyaya bu gün də getməcək. Dünən komanda ilə sözügedən ölkəyə yollanmayan çalışdırcı yenidən tibbi müayinədən keçib və onun səhhətində irəliləyiş olmadığı məlum olub.

"Beşiktaş"ı "Braqa" ilə matça komandanın məşqçisi Receb Uçarın çıxaracağı bildirilib.