Brunu Laqe Portuqaliyanın "Benfika" futbol komandasının baş məşqçi postunu tərk edib.

Open.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.

Laqe Lissabon təmsilçisinə 2018/2019 mövsümündə ölkə çempionluğu və 2019-cu ildə Superkubok qazandırıb.

Hazırda "Benfika" Portuqaliya çempionatında 2-ci yerdə gedir və lider "Portu"dan 6 xal geri qalır.

Qeyd edək ki, Brunu Laqeni Maurisio Potettinonun əvəzləyəcəyi bildirilir.