Futbol üzrə Belarus Kubokunda final oyunu keçirilib.

Open az xəbər verir ki,, həlledici görüşdə BATE son çempion Brest "Dinamo"su ilə üz-üzə gəlib.

Minskdəki "Dinamo" stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı qolsuz tamamlanıb. Əlavə vaxtın ilk uzatma dəqiqəsində Zaxar Volkov BATE-nin qələbə topunu vurub - 1:0.

Beləliklə, BATE tarixində 4-cü dəfə Belarus Kubokunu qazanıb.

Qeyd edək ki, bu, koronavirus pandemiyası dövründə Avropada qazanılan ilk titul olub.