Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununun birinci hissəsi başa çatıb. Open.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesabı meydan sahibləri açıblar. Görüşün 31-ci dəqiqəsində Abdulvahab A.Rahman fərqlənib. On dəqiqə sonra millimizin üzvü Rüfət Dadaşov hesabı bərabərləşdirib.

Oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəlirlər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.