Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XVI turunun ən yaxşı futbolçusu məlum olub.

Open.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov ən yaxşı oyunçu adına layiq görülüb. Cari turda “Sumqayıt”a (2:0) qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolun müəllifi olub.

Qeyd edək ki, Bədavi Hüseynov XVI turun rəmzi komandasında da yer alıb. Turun ən yaxşı futbolçusu “InStat”ın təhlilinə əsasən