Almaniyanın "Bavariya" klubunu mövsüm sonunda Benjamin Pavarın komandaya keçəcəyini açıqlayıb.

Open.az klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Hasan Salixamidjic öz açıqlamasında bildirib.

O, bildirib ki, "Ştuttqart" komandasının və Fransa yığmasının müdafiəçisi Benjamin Pavar, iyul ayının 1-də komandaya qoşulacaq.

Fransız futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Manaf Qasımbəyli