Almaniyanın "Bavariya" klubu mövsümün sonunda komandanı tərk edəcək hollandiyalı Aryen Robbenə əvəzləyici tapıb.

Open.az Almaniya mətbuatına istinadən xəbər verir ki, "Bavariya" klubunun prezidenti Uli Heness fransalı futbolçu Antuan Qrizmannı transfer etmək fikrindədir.

67 yaşlı prezident 27 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, fransalı futbolçu bu yay "Barselona"ya keçməkdən imtina etmiş və "Atletiko Madrid" ilə olan müqaviləsini 2023-cü ilə qədər uzatmışdı.

Manaf Qasımbəyli