İspaniyanın "Barselona" klubu "Selta Viqo"nun futbolçusu Maksi Qomez ilə maraqlanır.

Open.az "Cadena.ser" nəşrinə istinadən xəbər verir ki, Katolon klubu 22 yaşlı hücumçunu Luis Suarezə əvəzləyici kimi düşünür.

Mənbənin məlumatına görə "Barselona" yay transfer pəncərəsi dövründə transferi bitirməyə çalışcaq. Bu transferin "Barselona"ya 25-30 milyon avroya başa gələcəyi ehtimal olunur. 22 yaşlı forvard 2017-ci ildə "Defensor Sportinq" klubundan "Selta Viqo"ya transfer olub.

Qeyd edək ki, uruqvaylı futbolçu cari mövsümdə 9 qol vurub və 5 asist edib.

Manaf Qasımbəyli