İspaniya "Barselona"sının keçmiş kapitanı Karles Puyol komandanın 2020/2021 mövsümü üçün beşinci dəst formasını təqdim edəcək.

Open.az-ın məlumatına görə, həmin forma yalnız bir oyunda istifadə olunacaq. Bu, aprelin 11-də "Real Madrid"lə səfər matçına təsadüf edəcək.

Geyimin üzərində Kataloniya bayrağının sarı-qırmızı zolaqlı rəngləri klubun qırmızı-narıncı zolaqları ilə vəhdətə girəcək. Xüsusi futbolkalar yanvarın sonlarında "Barsa"nın mağazalarında satışa çıxarılacaq.

Artıq "Footyheadlines" portalında həmin dəstlərin dizaynı peyda olub.