İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu istefaya gedib.

Bu barədə Open.az “Marca”ya istinadən xəbər verir.

Qeyd edək ki, bir gün əvvəl o, bunu səsvermə olmadan etməyi bildirib.

Müvafiq açıqlama Bartomeunun vəzifəsindən getməsi məsələsinin müzakirə edildiyi Direktorlar Şurasının iclasında verilib.

Bartomeunun 58 yaşı var. O, “Barselona”nın prezidenti vəzifəsinə 2014-cü ildə təyin edilmişdi.