“Barselona"nın hücumçusu Usman Dembele komanda ilə məşqlərə başlayıb.

Open.az klubun saytına istinadən xəbər verir ki, ötən ilin noyabr ayında zədələnən fransalı futbolçu artıq meydana çıxa bilər.

Onun Çempionlar Liqasının 1/8 finalının “Napoli” ilə cavab matçına hazır olduğu bildirilib.

Qeyd edək ki, “Barselona” – “Napoli” matçı avqustun 8-də keçiriləcək.