PSJ-dən ayrılmaq istəyən futbolçu Neymar üçün "Barselona"nın etdiyi yeni təklif ortaya çıxıb.

Open.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Barselona" klubu Neymar üçün 40 milyon avro, üstəgəl Filip Koutinyo və Osman Dembeleni təklif edib.

Fransız klubunun bu təklifə müsbət baxmadığı qeyd olunub.

Qeyd edək ki, PSJ Prezidenti Nasser Al-Xelaifinin Neymar üçün müəyyənləşdirdiyi bonservis ödənişi 300 milyon avrodur.

Gülnar Qafarlı