İspaniyanın “Barselona” klubu argentinalı hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırlaşır.

Open.az xəbər verir ki, tərəflər hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara yaxın günlərdə start verəcəklər.

Kataloniya təmsilçisinin rəhbərliyi digər əsas oyunçusu - uruqvaylı Luis Suares ilə də müqavilənin müddətini uzatmaq fikrindədir. Uruqvaylı hücumçunun da “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.