İspaniyanın "Barselona" klubu "Valensiya"nın qapıçısı Muraro Netonu transfer edib.

Open.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı qolkiper ilə 4 illik müqavilə imzalanıb. 30 yaşlı futbolçu üçün kataloniya təmsilçisi 26 milyon avro ödəyəcək.

Bonuslarla birlikdə bu məbləğ 35 milyona qədər arta bilər. M.Netonun sərbəstqalma məbləği 200 milyon avro olacaq.

Qeyd edək ki, Muraro Neto "Valensiya"ya 2017-ci ildə "Yuventus"dan transfer olub.

Manaf Qasımbəyli