İngiltərənin "Arsenal" klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryan UEFA Avropa Liqasının final oyununda iştirak etməyəcəyi məsələsinə münasibət bildirib.

Open.az xəbər verir ki, futbolçu bu haqda "İnstagram" hesabında yazıb.

"Bütün mümkün variantları nəzərdən keçirdikdən sonra mənim Avropa Liqası finalına getməməyim üçün çətin bir qərar vermək məcburiyyətində qaldıq. Bu, karyerada tez-tez baş verməyən bir oyundur və mən oyundan uzaq qalacağım üçün çox üzgünəm. Amma mən komanda yoldaşlarıma arxayınam, - deyə Mxitaryan söyləyib.

Qeyd edək ki, İngiltərənin “Arsenal” klubu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək. “Arsenal” klubu erməni futbolçusu Henrix Mxitaryanı final oyunu üçün Bakıya gətirməyəcəyinə qərar verib.

Gülnar Qafarlı