Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu problemlə üzləşib.

Open.az yerli mətbuata istinadən xəbər verir ki, I liqa təmsilçisinə transfer qadağası qoyula bilər.

Buna səbəb Bolu təmsilçisinin sabiq futbolçularına olan borcudur. Adı açıqlanmayan oyunçuçuların Türkiyə Futbol Federasiyasına şikayətindən sonra kluba sanksiya tətbiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, Araz Abdullayev 2020-ci ilin sentyabrında "Boluspor"la 1+1 illik müqavilə imzalayıb.