Bu gün 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək qadın FİFA referiləri FİFA testi veriblər.

Open.az AFFA-nın saytına istinadən xəbər verir ki, əvvəlki siyahı saxlanılmaqla, fiziki testdən və ingilis dili bacarığından uğurla keçən Sevda Nuriyevanın adı hakim köməkçisi kimi FİFA-ya göndəriləcək.