17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Open.az xəbər verir ki, rəqib Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası olub. Ada-dövlətin Torshavn şəhərindəki "Torsvöllür" stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 73-cü dəqiqədə Eylersdottir Rasmussen vurub.

Beləliklə, Azərbaycan millisi V qrupda mübarizəni qolsuz və xalsız tamamlayaraq, sonuncu olub. Zamir Həsənovun baş məşqçi olduğu kollektiv əvvəlki oyunlarında Sloveniya 0:6, Norveçə 0:5 hesabı ilə uduzub.