Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla UEFA Millətlər Liqasının III tur oyunundan sonra mətbuat konfransına gəlməyib.

Open.az "Report"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis qarşılaşmanın ardından stadionu tərk edib.

Farer adaları Futbol Federasiyasının nümayəndəsi Olsenin jurnalistlər önünə çıxmayacağını bildirib.

Farer adaları Azərbaycan millisinə 0:3 hesabı ilə uduzub.