Gələn il təşkil olunacaq futzal üzrə dünya çempionatının elit raundunun püşkü atılıb.

Open.az xəbər verir ki, püşkün nəticələrinə əsasən Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. Belə ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya yığmaları ilə bir qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi Litvada təşkil olunacaq.