17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Open.az xəbər verir ki, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 3-cü dəqiqədə Dias Kuşkumbayev açıb. 85-ci dəqiqədə isə Alişer Raximjanov yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki qarşılaşmalarında Yunanıstana 1:6, Almaniyaya 0:2 hesabı ilə uduzub. Hər 3 matçından məğlub ayrılan yığma 9-cu qrupda sonuncu yeri tutub.