Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib.

Open.az xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Azərbaycan millisi rəqibin təzyiqinə 19 dəqiqə tab gətirə bilib. Slovakiyanın heyətində Robert Bojenik fərqlənib. İlk hissənin qalan dəqiqələrində də meydan sahibləri topa daha çox sahib olub. Rəqibin bir sıra cəhdləri uğursuz alınıb. İlk yarı bu hesabla yekunlaşıb.

64-cü dəqiqədə Şəhriyar Rəhimovun ötürməsi çərçivəyə yönəlib. Rəqiq qapıçı çətinliklə topun qapıdan keçməsinə mane olub. 81-ci dəqiqədə Renat Dadaşov hesabı bərabərləşdirməyə yaxın olub. Hücumçu qapıçı ilə təkbətək dueldən yararlana bilməyib. 86-cı dəqiqədə isə Marek Hamşikin zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub.

Bu nəticədən sonra Slovakiya 13-cü xalını qazanıb, Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub.

Slovakiya ilə görüşdə Vüsal İsgəndərli və Elvin Camalov yığmanın heyətində debüt ediblər.

E qrupunun digər oyununda Uels Macarıstanı məğlub edərək (2:0) həlledici raunda yüksəlib. Slovakiya isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını itirib.