19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Open.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi 8-ci qrupda Fransa, Yunanıstan və Moldova komandaları ilə birgə mübarizə aparacaq.

Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək.