Azərbaycan və Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Open.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.

Hesabı 48-ci dəqiqədə Ozan Can Kökçü açıb. Rəqibin bərabərlik qolunu isə 65-ci dəqiqədə Nazari Rusin vurub.