Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun rəmzi komandası müəyyənləşib.

Open.az xəbər verir ki, rəmzi komandada "Qarabağ"dan 5, "Qəbələ"dən 3, "Zirə"dən 2, "Neftçi"dən isə 1 futbolçu yer alıb. "Neftçi"nın qolkiperi Səlahət Ağayev 8-ci, "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç 6-cı dəfə "11-liy"ə seçilib.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)

Müdafiəçilər: Voislav Stankoviç ("Qəbələ"), Donald Qerye, Bədavi Hüseynov, Maksim Medvedev (“Qarabağ”)

Yarımmüdafiəçilər: Təllur Mütəllimov("Zirə"), Filip Ozobiç, Riçard Almeyda (“Qarabağ”), David Valkov ("Qəbələ")

Hücumçular:Xulio Rodriqez ("Zirə"), Rauf Əliyev (“Qəbələ”)

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Manaf Qasımbəyli