Noyabrın 22-də futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.

Open.az xəbər verir ki, turun açılış görüşündə son çempion “Qarabağ” klubu səfərdə “Sumqayıt” komandasını qəbul edib.

Görüş gözlənilmədən sumqayıtlıların qələbəsi ilə başa çatıb - 2:1. Oyunda hesab 36-cı dəqiqədə Ağdam təmsilçisinin futbolçusu Xayme Romeonun sayəsində açılsa da, fasilədən sonra 65-ci və 69-cu dəqiqələrdə Peyman Babayi ardıcıl iki qol vuraraq komandasına vacib üç xal qazandırıb.

Bu qələbədən sonra “Sumqayıt” 17 xalla dördüncü, “Qarabağ” isə 27 xalla birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.