Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunlarına start verilib.

Open.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Turun açılış matçında "Sabah" və "Qəbələ" klubları üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən görüşdə qapılara 5 qol vurulub. "Sabah" 5-ci dəqiqədə hesabda geri düşsə də, ardıcıl 3 qol vuraraq maçtdan qalib ayrılıb - 3:2. Meydan sahiblərinin qollarına Marko Deviç (19, 22-ci dəqiqələrdə) və Ehtiram Şahverdiyev (64), "Qəbələ"dən isə Ülvi İsgəndərov və yeni transfer Nikolas Raysel (90+1) imza atıblar.

"Ask Arena"da keçirilən digər oyunda isə "Keşlə" klubu "Səbail"i qəbul edib. Bu matçın taleyini bir qol həll edib. "Sabah"ın yeni transferi Hendrik Ekşteynin 51-ci dəqiqədə penaltidən vurduğu qol qonaqlara minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu turun iki oyunundan sonra "Keşlə" 26 xalla turnir cədvəlinin 2-ci, "Sabah", "Səbail" və "Qəbələ" klubları isə müvafiq olaraq 6, 7, və 8-ci pillələrdə qərarlaşıb.