2019/2020 mövsümünün ikinci yarısında Ukrayna çempionatında videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

Open.az xəbər verir ki, sistem hər turun iki oyununda tətbiq olunacaq. Səbəb hakimlər üçün avadanlıqlarla təchiz olunmuş bir mikroavtobusun olmasıdır. Bundan əlavə, qarşılaşmalar müxtəlif günlərdə olmalıdır.

Qeyd edək ki, Ukrayna Premyer Liqasında "Aleksandriya" klubunun heyətində Azərbaycan millisinin futbolçusu Pavel Paşayev də çıxış edir.