19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Open.az xəbər verir ki, Samir Əliyevin baş məşqçilik etdiyi komanda norveçli həmyaşıdları ilə üz-üzə gəlib.

Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən qarşılaşma Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 6-cı dəqiqədə Elnur İbrahimov avtoqol müəllifi olub.

Qeyd edək ki, U-19 növbəti matçını oktyabrın 12-də meydan sahibi olan Çexiyaya qarşı keçirəcək.