Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Open.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Lüksemburqun qonağı olub.

Komandamız Kipr və Monteneqro ilə oyunlarda olduğu kimi bu matçdan da qolsuz heç-heçə ilə ayrılıb. Bu heç-heçə ilə xalını 6-ya yüksəldən Azərbaycan millisi qrupda 3-cü pilləni tutub. Bu isə o deməkdir ki, yığmamız növbəti Millətlər Liqasında da C Liqasında mübarizə aparacaq.

Qrupun digər matçında Kipr üzərində 4:0 hesablı qələbə qazanan Monteneqro yığması B Liqasına vəsiqə əldə edib.



17 noyabr

Millətlər Liqası, C liqası, 1-ci qrup

6-cı tur

Lüksemburq - Azərbaycan - 0:0

Baş hakim: Feliks Zvayer (Almaniya)

Lüksemburq. Joze Bartel stadionu


Monteneqro - Kipr - 4:0

Qollar: Yovetiç, 14 (1:0), Bolyeviç, 25 (2:0), 28 (3:0), Muqosa, 60 (4:0)