Oktyabrın 23-də futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas seçmə mərhələsinə qələbə ilə başlayıb.

Open.az xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb.

Çexiyalı baş hakim Ondrey Çerninin idarə etdiyi oyunda millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Bolinya dubl edib, Vassura isə bir dəfə fərqlənib.

Millimiz növbəti oyununu oktyabrın 24-də Monteneqro yığmasına qarşı keçirəcək.

Turun ilk oyununda isə Slovakiya komandası Monteneqronu 5:0 hesabı ilə məğlub edib.