17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Open.az xəbər verir ki, Vüqar Məmmədin baş məşqçi olduğu komanda ikinci matçda Almaniya yığması ilə üz-üzə gəlib. Yunanıstanın Patra şəhərində keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 noyabrın 19-da Qazaxıstanla üz-üzə gələcək. Komanda qrupdakı ilk oyunda meydan sahibi Yunanıstan yığmasına uduzub - 1:6.